Ötən gün polis əməkdaşları 17 qumbara aşkarladı

Hadisə

15.02.2025 15:10

2554

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, fevralın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 17 qumbara, 16 tüfəng, 15 patron darağı və 556 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

tag: Qumbara, Bakı, Daxili İşlər Nazirliyi,Silah,Sursat,Todaypress.az,