Ölkəmizdə 50-yə yaxın şübhəli şəxs saxlanıldı

Hadisə

14.09.2024 10:52

Sentyabrın 13-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

tag: Axtarış, Daxili İşlər Nazirliyi,Polis, Şübhəli Şəxslər, Narkotik, todaypress.az,