Ölkə ərazisində 108 silah aşkarlandı
Hadisə
23.01.2025 11:06
Polis əməkdaşları yanvarın 22-də ölkə ərazisində 108 silah aşkar ediblər.
Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 22 avtomat silahı, 3 tapança, 83 tüfəng, 23 patron darağı və 549 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
tag: DİN,Silah,Əməkdaş,Paytaxt,Əməliyyat,Todaypress.az,