Oğuzda maşın 3 yaşlı uşağı və babasını vurdu
Hadisə
26.10.2024 08:34
Oğuzda baba və azyaşlı nəvəsini maşın vurub.
TodayPress xəbər verir ki, hadisə axşam saatlarında Oğuz şəhəri H. Əliyev prospektində baş verib.
Rayonun Calut
kənd sakini İsrai Xələfzadə idarə etdiyi “VAZ 21015” markalı avtomobillə
rayonun Muxas kənd sakini 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov
və onun azyaşlı nəvəzi 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu
vurub.
Qəza zamanı
müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Fərhadov və H. Fərhadov Oğuz Rayon
Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Oğuz RMX-da E.
Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün
Qəbələ RMX-a göndərilib.
Azyaşlının
xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı
Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.
tag: Qəza, Avtomobil, Oğuz, Yaralı, Xəstəxana, todaypress.az,