Oğuzda avtomobil 49 yaşlı kişini vuraraq öldürdü
Hadisə
01.01.2025 10:30
Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
TodayPress-in məlumatına görə, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.
Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.
Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
tag: Oğuz,Avtomobil,Piyada,Qəza,Ölüm ,todaypress.az,