Oğuzda 2 yaşlı uşaq kanalda boğuldu
Hadisə
12.07.2024 22:57
Oğuzda 2 yaşlı uşaq kanalda
boğulub.
TodayPress xəbər verir ki, Bədbəxt
hadisə rayonun Qumlaq kəndində baş verib.
Belə ki, Mingəçevir şəhərindən
babasıgilə qonaq gedən 2 yaşlı Ayxan Əzizov həyətyanı ərazidən keçən su
kanalına düşərək boğulub.
Hadisədən xəbər tutan ailə
üzvləri körpəni həkimə çatdırmaq istəsələr də, o, yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
tag: Oğuz, Azyaşlı, Qumlaq, Mingəçevir, todaypress.az,