Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verdi

Hadisə

03.05.2025 07:34

23

Oğuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

TodayPress xəbər verir ki,  hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsindəki sərnişin hadisə yerində keçinib. Sürücü isə ağır xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzada ölən və xəsarət alan şəxslər Oğuz rayon sakinləridir. Hazırda onların kimlikləri dəqiqləşdirilir.

Hadisə yerində polis əməkdaşları cəlb olunub.


tag: Oğuz, Maşın, Qəza, Yol-Məqliyyat, todaypress.az,