Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 350 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı İ.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Həmçinin, rayon ərazisində yerləşən marketlərin birindən paytaxt sakininə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Müslümovanın saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
tag: DİN,Oğurluq,Velosiped,Polis,Todaypress.az,