Nübar qəsəbəsində partlayış oldu, 5 nəfər yaralandı
Hadisə
17.01.2025 22:05
Abşeron rayonunun Nübar qəsəbəsində fərdi yaşayış evində baş vermiş partlayışda beş nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində
partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub” nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin
qiymətləndirilməsi zamanı ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli
üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.
Qurum qeyd edib ki, partlayış dalğasının təsirindən evə
ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
"FHN əməkdaşları tərəfindən ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar
tərəfindən araşdırma aparılır" məlumatda vurğulanıb.
tag: Partlayış, Nübar, FHN, Abşeron, todaypress.az,