Norveç təyyarəsi Bakı aeroportuna təcili eniş sorğusu göndərdi
Hadisə
15.11.2024 09:28
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno - Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə TodayPress-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurmaq qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.
tag: Boenig 787, Təyyarə, Bakı, Aeroport, Eniş, todaypress.az,