NİİM sürücülərə müraciət etdi
Baş verən yol-nəqliyyat hadisələri təkcə nəqliyyat sıxlığının yaranması ilə nəticələnmir, bu qəzalar həm də işıqforloarı yararsız hala salır. Bu vəziyyətdən isə yol hərəkəti iştirakçıları əziyyət çəkməli olurlar.
Bu barədə TodayPress-ə DİN-in NİİM-dən məlumat verilib.
Gecə saatlarında Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində növbəti dəfə işıqfor yararsız vəziyyətə düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən piyada və sürücülərin təhlükəsizliyini təmin etmək üçün qısa müddət ərzində sıradan çıxan işıqfor dirəyi yenisi ilə əvəz olunub.
tag: DİN,NİİM ,Sürət ,Hədd ,Yollar, todaypress.az,