Nəsimi rayonunda narkotik vasitə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan məlumat əsasında Nəsimi rayonu ərazisində keçirilən əməliyyat nəticəsində 42 yaşlı Z.Məmişov saxlanılıb.
Onun üzərindən 1 kiloqramdan çox heroin və marixuana aşkarlanıb.
Araşdırma aparılır.
tag: Nəsimi Rayonu,Polis,Narkotik,DİN, Məlumat, todaypress.az,