Neftçala sakini marketdən oğurluq edərkən bıçaqlandı
Hadisə
14.01.2025 07:11
Neftçalada bıçaqlanma hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Aşağı Surra
kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İbrahimov
Mirzə Cəbrayıl oğlu kəsilmiş-deşilmiş yara ilə Salyan Mərkəzi Rayon
Xəstəxanasına çatdırılıb.
Yaralının deməsinə görə, marketlərin birindən oğurluq
edərkən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Neftçala, Bıçaqlanma, Oğrluq, Salyan, todaypress.az,