Neft Emalı Zavodunda yanğının - 2 helikopter cəlb olundu - YENİLƏNDİ

Hadisə

22.10.2024 12:54

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

TodayPress xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

***

12.12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

TodayPress xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

tag: Yanğın, FHN, Nizami,Neft Emalı Zavodu, todaypress.az,