Naxçıvanda yük avtomobili piyadanı vuraraq öldürdü

Hadisə

11.12.2024 22:25

Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb.

TodayPress xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlu idarə etdiyi "Volkswagen" markalı yük avtomobili ilə piyada, Culfa rayonu, Ərəzin kənd sakini, 1990-cı il təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Ordubad,Naxçıvan, Babək, Nehrəm, Qəza, Ölüm, todaypress.az,