Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət aldı

Hadisə

13.04.2025 00:13

10

Naxçıvanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

TodayPress xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolun Kəngərli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri; - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

tag: Naxçıvan, Sədərək,Qəza, Kəngərli, Yaralı, todaypress.az,