Naxçıvanda ötən il yol qəzalarında ölən şəxslərin sayı açıqlandı

Hadisə

23.01.2025 01:45

Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb, daha 20-i xəsarət alıb.

TodayPress xəbər verir ki, bunu Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, ötən il Naxçıvan Muxtar Respublikasında 29 ağır yol-nəqliyyat hadisəsi baş verib.

2023-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 37 fakt, həyatını itirənlərin sayında 9 fakt, yaralıların sayında isə 54 fakt azalma olub.

Qeyd edək ki, 2023-cü ildə muxtar respublika ərazisində 66 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 30 nəfər həyatını itirib, 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

tag: DİN, DYP, Naxçıvan, Nəqliyyat, Qəza, todaypress.az,