Naxçıvanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

Hadisə

04.11.2024 14:00

TodayPress xəbər verir ki, Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin saxlanmasında, istifadəsində və daşınmasında şübhəli bilinən, Firdovsi Vəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: Naxçıvan, DİN, Narkotik, Polis, Araşdırma, Cinayət, todaypress.az,