Naxçıvanda iki minik maşını toqquşdu, xəsarət alan var

Hadisə

13.05.2025 23:50

15

Naxçıvan şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, qəza Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı 75-BN-886 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə 67-BL-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Qəza zamanı 1 nəfər xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

tag: Naxçıvan, Avtomobil, Qəza, Yol-Nəqliyyat, Renault, todaypress.az,