Naxçıvanda çörək sexi yandı

Hadisə

15.04.2025 21:00

9

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində yanğın hadisəsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində ümumi sahəsi 100 m² olan çörək sexinin yanar konstruksiyaları 42 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Naxçıvan, Babək, Yanğın, FHN, Çörək, Sex, todaypress.az,