Naxçıvanda aksiz markasız siqaretlər aşkar edildi

Hadisə

10.12.2024 11:20

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Naxçıvan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən üzərində aksiz markası olmayan iki adda 14980 ədəd siqaret aşkar edilib.

tag: Siqaret, Markasız ,Baxış ,Külli, todaypress.az,