Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanıldı

Hadisə

29.12.2024 10:00

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Cəfərov Miraslan Mustafa oğlu və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Əlizadə Ruslan Əvəz oğlu şübhəli şəxs qismində saxlanılmış, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: Dövlət Sərhəd Xidməti, Polis, Məhkəmə, Marixuana, todaypress,