Narkotik vasitələr satan iki nəfər saxlanıldı - FOTO

Hadisə

18.01.2025 10:10

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.  Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb.

Həmin şəxsdən isə satış məqsədilə əldə etsiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

tag: Saatlı Rayon Polis Şöbəsi,Aslan Abuşov,Marixuana,Narkotik,Həbs,Todaypress.az,

photo