Narkokuryer qadın saxlanıldı
Hadisə
23.08.2024 11:10
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə verilən məlumata görə ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
tag: Ağsu, Polis, DİN,Cinayət, todaypress.az,