Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı iş vaxtı öldü
Hadisə
21.08.2024 12:08
Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.
TodayPress xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.
Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.
İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Müdafiə Sənayesi Nazirliyi, Nizami Rayonu, Hadisə, Araşdırma,Əməkdaş, todaypress.az,