Minik avtomobili motosikletlə toqquşdu, ölən var

Hadisə

09.02.2025 12:15

1097

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı minik avtomobilinin motosikletlə toqquşması nəticəsində ikincinin sürücüsü Nizami Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Astara,Qəza,Ölüm,Motosikle,todaypress.az,