Mingəçevirdə mikroavtobus aşdı, ölən və xəsarət alanlar var
Hadisə
03.11.2024 03:47
Mingəçevir şəhərində ağır yol-nəqliyyat
hadisəsi olub.
TodayPress xəbər verir ki, "Mercedes Vito"
markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən
çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər - 1989-cu il təvəllüdlü
Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha
7 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz
İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə
Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə
Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı
A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və
orta-ağırdır.
Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə
qayıdan "Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir.
Faktla bağlı araşdırma aparılır.
tag: Mercedes,Ölüm, Qəza, Mingəçevir, todaypress.az,