Mingəçevirdə ət kombinatı ərazisində yanğın oldu
Mingəçevirdə ət kombinatı ərazisində yanğın olub.
TodayPress-in məlumatına görə, hadisə Təbriz küçəsində yerləşən və hazırda fəal istismar olunmayan kombinat ərazisində baş verib.
Hadisə yerinə çatan yanğınsöndürmə briqadasının çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.
Məlumata görə, yanğın soyuducunun yerləşdiyi hissədə qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Mingəçevir, Yanğın, Ət, Mağaza, todaypress.az,