Mingəçevirdə avtomobillər toqquşdu, xəsarət alanlar var
Mingəçevir şəhərində 2 nəfərin xəsarət
alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
TodayPress xəbər verir ki, BMW və
"VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 2005-ci il
təvəllüdlü Q.Məmmədov və 2004-cü il təvəllüdlü M.Kamalov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Qəza, Mingəçevir, Yol-Nəqliyyat, VAZ-2107, todaypress.az,