Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürdü

Hadisə

02.10.2024 20:17

Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, oktyabrın 2-də saat 18 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

tag: DİN, Mingəçevir, Ölüm, Hadisə, todaypress.az,