Mikroavtobus su kanalına düşdü, xəsarət alanlar var
Hadisə
10.07.2024 22:23
Kürdəmirdə idarəetmədən çıxan
“Mercedes” su kanalına düşüb, xəsarət alanlar var.
TodayPress xəbər verir ki,
hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində
qeydə alınıb.
Gəncə sakini, 1988-ci il təvəllüdlü
Abdullayev Ceyhun Canpolad oğlu "Mercedes" markalı mikroavtobusla hərəkətdə
olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su
kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov
Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.
tag: Mikroavtobus, Bakı-Qazax, Hadisə, Su kanalı, todaypress.az,