Metronun əməkdaşı dünyasını dəyişdi

Hadisə

14.12.2024 13:48

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı dünyasını dəyişib. 

TodayPress xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. 

Qeyd olunub ki, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib. 

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.

tag: Bak;,Metro,Ölüm,Hadisə,Todaypress.az,