Metrodakı gecikmənin SƏBƏBİ AÇIQLANDI

Hadisə

07.05.2025 11:00

16

Metroda qatarların intervalında gecikmələr yaranıb.

TodayPress xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, hazırda hər hansısa nasazlıq yoxdur.

O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:

“Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib”.

Xatırladaq ki, bu gün Bakı metrosunun “Həzi Aslanov-Dərnəgül” xəttində qatarların hərəkətində ləngimələrin olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Töhfə Səməd

tag: Bakı,Qatar,Metro,Nasazlıq,Baxış,todaypress.az,