Metroda nasazlıq yarandı – RƏSMİ
"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib".
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Bildirilib ki, həmin qatarın əvəzinə xəttə başqa qatar çıxarılıb:
"İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb. Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik" deyə məlumatda qeyd olunub.
Töhfə Səməd
tag: 28 May,Dərnəgül,Əhmədli,Nərimanov,Bakı Metropoliteni,todaypress.az,