“Mercedes” yük avtomobili ilə toqquşdu: Sürücü hadisə yerində öldü

Hadisə

20.09.2024 14:10

Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində  Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub. İlkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

TodayPress xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

Faktla bağlı araşdırma aparılır.

tag: Bakı ,Hadisə ,DYP ,Araşdırma ,Mingəçevir ,todaypress.az,