“Mercedes” və “VAZ-2107” toqquşdu, ölən var

Hadisə

11.11.2024 12:20

Qəbələdə “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

TodayPress xəbər verir ki, hadisə noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində qeydə alınıb.

Nəticədə “VAZ”ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, “Mercedes”in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

tag: Qəbələ, Mersedes, Qəza,Şəki, Hadisə, todaypress.az,