Məktəbli qız niyə evdən qaçdığını açıqladı
Tovuzda 2012-ci il təvəllüdlü
A.Süleymanovanın itkin düşməsi və sonradan tapılması haqqında bəzi təfərrüat
məlum olub.
TodayPress xəbər verir
ki, qızın hadisə ilə bağlı məlumat verən babasının sözlərinə görə, axtarışlar
nəticəsində onun yeri Gəncə şəhərində müəyyən edilib və polis əməkdaşları
tərəfindən Tovuz rayonuna gətirilib.
“Baku TV”yə danışan qız
bildirib ki, məktəbdən çıxaraq piyada gedib və qaranlıq düşdüyü üçün
istiqamətini itirib.
"Məktəbdən çıxdım,
piyada gedirdim, qaranlıq düşdü. Fəvvarələrdən sola və ya sağa döndüm, tam
yadımda deyil, sonra avtobusa minib Gəncəyə getdim. Gecəni bir binada keçirdim,
səhər mağazaya getdim, şirniyyat aldım. Məni evdə heç kəs incitməyib, sadəcə
fikrimi dağıtmaq üçün, qorxu filmlərini izləyərək qaçdım. Hər kəsdən üzr
istəyirəm".
Qeyd edək ki, polis və
digər aidiyyəti qurumlar hadisə ilə bağlı müvafiq tədbirlər görüblər və qız
ailəsinə təhvil verilib.
tag: Tovuz, Qız, İtkin, Gəncə, AVtobus, todaypress.az,