Məhbus ailələrindən pul tələb edən şəxs saxlanıldı
Hadisə
09.08.2024 13:37
Polis
və penitensiar xidmət əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə məhbus ailələrinə
zəng vuraraq pul tələb edən şəxs müəyyən olunub.
Bu barədə
TodayPress-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib
ki, 1991-ci il təvəllüdlü N.Əhmədov polis tərəfindən saxlanılıb. Araşdırmalarla
onun digər bir neçə məhbus ailəsinə zəng edərək qanunsuz pul vəsaitləri tələb
edərək bank hesablarına köçürdüyü məlum olub. Araşdırma
gedir.
Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə
məlumatlar yayılmışdı. Belə ki, N.Əhmədovun məhbuslardan birinin həyat
yoldaşını aldadaraq 5 min manat aldığı bildirilirdi.
tag: Polis, Məhbus,Penitensiar, Cinayət, todaypress.az,