Maştağada polis cinayətkarı saxladı
Hadisə
14.10.2024 10:00
Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən TodayPress-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: Maştağa, Cinayətkar ,Hadisə, Araşdırma ,DİN ,todaypress.az,