Maştağada DƏHŞƏTLİ QƏZA – Xəsarət alanlar var

Hadisə

18.06.2024 13:05

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. "BMW" markalı avtomobil idarəetməni itirirək bir neçə avtomobillə toqquşub.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 1994-cü il təvəllüdlü Məmmədşah Zeynalovun idarə etdiyi BMW marikalı avtomobil idarəetməni itirirək yolun kənarında dayanan "Mercedes", "Chevrolet" və "VAZ" markalı avtomobillərə çırpılıb.

Nəticədə ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

tag: Bakı,Maştağa, Qəza, Hadisə,todaypress.az,