Masazırda uçqunda xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Hadisə
29.11.2024 21:41
Masazırda uçqun nəticəsində xəsarət
alanlardan birinin vəziyyəti ağırdır.
Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər
(kişi cinsli) hospitalizasiya olunub.
Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən
1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və
vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
***
19:42
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində
fərdi yaşayış evində uçqun baş verib.
TodayPress xəbər verir ki, bu barədə
Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi
Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində
əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri
aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü
il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar
tərəfindən araşdırma aparılır.
tag: Masazır, Uçqun, FHN, Ölüm, Yaralı, todaypress.az,