Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olundu
Hadisə
22.06.2024 17:52
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən TodayPress-ə verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.
tag: Masazır, Lift, Xilas, FHN, Əməliyyat, todaypress.az,