Masallıda yanğın baş verdi - FOTO

Hadisə

23.04.2025 17:57

11

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 460 m² olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20kv.m. sahədə yanıb. 

Evin böyük hissəsi yanğından mühafizə olunub.

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,