Masallıda narkotacir həbs edildi - FOTO

Hadisə

16.01.2025 09:52

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

TodayPress DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb.

Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

tag: Narkotacir, Masallı, Saxlanılma, Araşdırma ,todaypress.az,

photo