Mahmud Mahmudov vəfat etdi
Hadisə
08.12.2024 12:35
BDU-nun Jurnalistika fakültəsində 50 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov bu gün 88 yaşında dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, tədqiqatçı-alim 1964-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Bir müddət Azərbaycan Sovet Ensiklopediyasında işləyib. “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 50 il əvvəl isə iş yerini vaxtilə ali təhsil aldığı BDU-ya dəyişib. O, “Ədəbi redaktə”, “KİV-in dili və üslubu”, “Nəşriyyatda praktik iş” fənlərini tədris edib.
tag: Dosent,Mahnud Mahmudov,BDU,Jurnalistika,Todaypress.az,