“Lufthansa” aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş etdi

Hadisə

22.11.2024 09:29

“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

TodayPress xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub

“Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

tag: Lufthansa,Heydər Əliyev Beynəlxalq Aeroportu,Airbus A350, Hava Limanı, todaypress.az,