Lökbatanda palçıq vulkanı püskürdü

Hadisə

09.04.2025 13:21

8

Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb. 

Bu barədə TodayPress-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, Mərkəzin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 09 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb. 

Qeyd edilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb.

Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. 

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km qeydə alınıb.

tag: Palçıq,Vulkan,Püskürmə,Məlumat,Todaypress.az,