Lerikdə mikroavtobus aşdı, ölən və yaralananlar var

Hadisə

24.04.2025 11:57

10

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır. 

TodayPress xəbər verir ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. 

Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb. 

Araşdırma aparılır.

tag: DİN,Lerik,Qəza,Ölüm,Todaypress.az,