Lerikdə hüquqpozmalarla bağlı 86 fakt aşkarlandı

Hadisə

15.04.2025 11:30

8

Lerikdə polis hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirib.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirib.

Tədbirlərlə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, avaralıq və dilənçilik, qadağan edilmiş yerlərdə tütün məmulatlarında istifadə və digər hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlanıb. Həmçinin, rayon ərazisində aparılan əməliyyat və profilaktik tədbirlərlə qanunsuz saxlanılan odlu silah-sursatlar polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

Lerik rayonunda qeyd olunan istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

tag: Lerik,Hüquq,DİN,Silah,todaypress.az,