Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapıldl
Hadisə
06.12.2024 21:23
Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
TodayPress xəbər verir ki, Lerik
rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi
1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar
etdiyi deyilir.
Lerik Rayon
İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi,
verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu
bildirilir.
Onun hansı
səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayonun
hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı
rayon prokurorluğunda araşdırma aparılır.
tag: Lerik, Meyit, Prokurorluq, Hüquq, İcra, todaypress.az,